Nəsimi rayonunun ahılları Novxanıda istirahət etdilər
Nəsimi rayonunun ahılları Novxanıda istirahət etdilər
1 Oktyabr 2019 11:00 SosialAhıllar günü münasibətilə rayonun bir qrup ahıl və qocaman sakinlərinin Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Novxanı qəsəbəsində yerləşən Flora Klubda bir günlük istirahətləri təşkil edilmişdir. Rayonun ahıl sakinləri xüsusi avtobusla Novxanı qəsəbəsinə gəlmişlər. Onlar Novxanıda yerləşən Flora Klubda olmuş, bu bağda yetişdirilən çoxsaylı bitki və güllərlə yaxından tanış olmuşlar. Tədbirdə iştirak edən 100 nəfərdən artıq ahıl və qocaman rayon sakini birlikdə nahar etmiş və dincəlmişlər. "Olaylar" xəbər verir ki, nahar süfrəsi arxasında davam edən görüşdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva ahılları, qocaman rayon sakinlərini salamlamış, Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ahıl insanlara, qocaman əmək və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan danışmışdır. Tədbirdə Nəsimi rayon Ağsaqqallar şurasının sədri Aydın Heydərov çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər. Səmimi söhbət zamanı ahıllar bildirdilər ki, bu gün ölkəmizdə aparılan geniş quruculuq işləri, sabitlik onları çox sevindirir. Bakı şəhərinin və regionların günü-gündən abadlaşdırılması və gözəlləşdirilməsi, Bakıda və diğər şəhərlərdə keçirilən beynəlxalq tədbirlər onları fərəhləndirir.