Ərazilər tullantılardan təmizlənib
Ərazilər tullantılardan təmizlənib
30 Sentyabr 2019 17:42 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyinə Suraxanı rayonu, Köhnə Binə ticarət mərkəzinin və Abşeron rayonu Məmmədli kəndinin yaxınlığındakı ərazilərdə tullantıların qalaqlandığı barədə daxil olan şikayət yerində araşdırılıb və tullantıların qalaqlandığı, düzgün idarə olunmadığı təsdiqini tapıb.
Olaylar.az xəbər verir ki, ərazilərin tullantılardan təmizlənməsi üçün Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə və Məmmədli Bələdiyyəsinə "məcburi göstəriş"lər verilib və ərazilər tullantılardan təmizlənib.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31