Ağcabədidə ağac kəsən fermer cəzalandırıb
Ağcabədidə ağac kəsən fermer cəzalandırıb
30 Sentyabr 2019 16:59 Sosial"Əkinçi BO Fermer Təsərrüfatı" MMC tərəfindən Ağcabədi rayonunun Harami düzündə aqroparkın yaradılması məqsədilə suvarma sisteminin quraşdırılması zamanı tikinti altına düşəcək ağacların məhv edildiyi aşkar olunub.
Olaylar.az xəbər verir ki, faktla bağlı MMC barəsində ağacların köçürülməsinə aid verilən icazəyə əməl edilmədiyinə görə akt tərtib olunub və təbiətə 37650 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağcabədi rayon Prokurorluğuna göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31