İki telekanalın reklam hüquqları əllərindən alındı
İki telekanalın reklam hüquqları əllərindən alındı
30 Sentyabr 2019 16:19 SosialATV və ARB-nin kommersiya fəaliyyətində dəyişiklik baş verib.
Olaylar.az xəbər verir ki, səbəbi açıqlanmadan efirlərində yayımladıqları reklamların satış hüquqları ATV və ARB-dən alınaraq başqa bir şirkətə verilib.
Bununla bağlı artıq reklamçıların məlumatlandırıldığı bildirilir.
Faktı ATV və ARB-nın reklam rəhbəri İsmayıl Həsənov təsdiqləyib. İsmayıl Həsənov yaxın günlərdə hər iki telekanalın məsələ ilə bağlı geniş məlumat verəcəyini bildirib.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31