Azay Quliyev “Sosial sifarişlər haqqında” qanunun qəbulunu təklif edib

Azay Quliyev “Sosial sifarişlər haqqında” qanunun qəbulunu təklif edib

"Bizə təqdim olunan Milli Məclisin qanunuvericilik işləri planı çox maraqlı və məzmunludur. Çox maraqlı və əhəmiyyətli layihələr haqqında təşəbbüslər var. Bu siyahıda olan bir neçəsini ayrıca vurğulamaq istəyirəm. Bunlardan birincisi keçən dəfə müzakirəyə çıxardığımız "Peşə birlikləri haqqında" qanun layihəsidir. Hesab edirəm ki, bu dəfə də biz "Sosial sifarişlər haqqında" qanun layihəsi məsələsinə daha ciddi yanaşmalı və önəm verməliyik"."Olaylar" xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxışı zamanı deputat Azay Quliyev deyib. Millət vəkili vurğulayıb ki, sadəcə ona görə yox ki, "Sosial sifarişlər haqqında" qanun layihəsinin predmeti bütövlükdə o sahəyə çoxlu yeniliklər gətirəcək: "Layihə dövlət qurumları tərəfindən həyata keçirilən sosial sifarişlərin həm şəffaflaşdırılması, həm də həyata keçirilən layihələrin effektivliyinin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, sənəd ona görə əhəmiyyətlidir ki, bu gün ölkədə sosial sahədə çoxlu işlər həyata keçirilir, Cənab prezidentin təşəbbüsü ilə layihələr, islahatlar icra olunur. Bu islahatlar sonunda "Sosial sifarişlər haqqında" qanun layihəsinin qəbul edilməsi çox aktualdır. Həm Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən, həm də dövlət Duruculuğu üzrə qanunvericilik şöbəsindən xahiş edirəm ki, imkan daxilində ilk olaraq biz "Sosial sifarişlər haqqında" qanun layihəsinin komitədə müzakirəsini keçirək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31