Deputat: “Son günlər gənclər, hətta yeniyetmələr ciblərində bıçaq gəzdirirlər”
Deputat: “Son günlər gənclər, hətta yeniyetmələr ciblərində bıçaq gəzdirirlər”
30 Sentyabr 2019 15:14 Sosial"Son günlər gənclər, hətta yeniyetmələr ciblərində bıçaq gəzdirirlər. Bunlar potensial cinayətkardırlar"."Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Nəsib Məhəməliyev deyib: "Xəbər saytlarına baxanda görürsən ki, müxtəlif bölgələrdə kimin kimisə bıçaqlayıb öldürməsi ilə bağlı xəbərlər yer alır. Heç bir faydalı əməklə məşğul olmaq istəməyən belə gənclər təsadüfən küçədə rastlaşdığı, hətta tanımadığı, savadlı gənci qətlə yetirməklə neçə-neçə insanın faciəsinə səbəb olurlar. Hesab edirəm ki, qanunun operativliyinin təmin edilməsi baxımından bu tipli cinayətlərə görə cəzanın sərtləşdirilməsi zamanın tələbidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31