"Lombardlar haqqında" qanun layihəsi II oxunuşda qəbul edib
"Lombardlar haqqında" qanun layihəsi II oxunuşda qəbul edib
30 Sentyabr 2019 15:07 SosialMilli Məclisin sentyabrın 30-da keçirilən plenar iclasında "Lombardlar haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb."Olaylar"ın məlumatına görə, layihə barədə Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.Deputat bildirib ki, sənəd ölkədə lombard fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədi daşıyır: "Odur ki, bu qanun layihəsinin qəbul edilməsinə ciddi ehtiyac var. Sənəd lombard sahəsində mənfi halların çox olması nəzərə alınaraq, sui-istifadə hallarının qarşısını almaq və səmərəliliyin artırılması məqsədi ilə, lombard istehlakçılarının hüquqlarının qorunması üçün hazırlanıb". Qanun layihəsi səsverməyə qoyularaq II oxunuşda qəbul edib.