Avtomobillərin texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu artırıldı

Avtomobillərin texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu artırıldı

Milli Məclisin plenar iclasında nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün ödənilən dövlət rüsumunun artırılmasını nəzərdə tutan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, iclasda bildirilib ki, rüsumun artırılması üçün "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir. Dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu 30 manat müəyyən edilir. Hazırda bu rüsum 20 manatdır. Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31