Aqil Abbas polislərə əlavə səlahiyyətlərin verilməsini istəyir
30 Sentyabr 2019 14:56 SosialMilli Məclisin deputatı Aqil Abbas polisə əlavə səlahiyyət verilməsi təklifini irəli sürüb."Olaylar"ın xəbərinə görə, o, parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərək deyib ki, ölkədə tiyəsi 4 santimetrdən artıq olan bıçaq gəzdirmək qadağandır: "Polisə səlahiyyət vermək lazımdır ki, şübhələndiyi şəxsi küçədə saxlaya bilsin, üstünü yoxlasın ki, bıçaq var ya yox... Polis də kimisə saxlayanda, mətbuat ayağa qalxmasın ki, belə hallar baş verir... Belə olan halda, bıçaqlaşma da, ölüm halları da olmayacaq. 4 santimetrdən kiçik olan bıçaqlar ölümə səbəb olmur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31