Həkim məsləhəti olmadan antibiotiklərdən istifadə hansı fəsadlar yaradır?
Həkim məsləhəti olmadan antibiotiklərdən istifadə hansı fəsadlar yaradır?
30 Sentyabr 2019 14:21 SosialAdətən fəsil dəyişikliyi zamanı insan orqanizmində bir sıra fəsadlar, eyni zamanda xəstəliklər ortaya çıxır. Əksər hallarda fəsil dəyişikliyi mədə və bağırsaq sistemində pozuntuların baş verməsi, kəskin mədə ağrıları, o cümlədən zəhərlənmə kimi hallarla müşahidə edilir. Bəs insanlar buna necə diqqət etməlidir? Ümumiyyətlə, mədə pozuntusu hansı hallarda meydana çıxır? Health Baku Medical Centerin Qastroenteroloqu- hepatoloq doktor Aysel Əskərova deyir ki, mədənin motorikasının pozulmaları həm öz-özlüyündə, həm də həyat tərzində yalnış seçimlər olduqda və ya digər xəstəliklər tərəfindən provokasiya edilərək ortaya çıxa bilər. Onun sözlərinə görə, bədənin fonksiyonel pozulmalarının əsas səbəbləri sağlam qidalanmama, düzənsiz qida qəbulu, stres, alkoqol aludəçiliyi, siqaret və ağır iş rejimidir: "Mədənin fonksiyonal pozuntularına uyğun simptomlar isə bunlardır. Epiqastral nahiyyədə ağrılar, dispeptik pozulmalar, həzmsizlik, psixi amillər, sress, depressiya, eructation( gəyirmə), hıçqırma, qıcqırma, ürək bulanması və qusma. Bütün bunlar müşahidə edildikdə, demək mədənin fonksiyonal pozulması baş verir".
Aysel Əskərova onu da diqqətə çatdırıb ki, sağlam orqanizmin təməlində öz funsiyasını düzgün icra edən bağırsaqlar durur: "Sağllıqlı bağırsaq florasına sahib olmaq çox vacibdir. İnsan orqanizmasında faydalı və zərərli bakteriyalar vardır. Sağlıqlı bağırsaq florasında olan faydalı bakteriyalar qəbul etdiyimiz qidanın həzm olunmasını təmin edirək , toksik maddələri bədənimizdən atılmasında rol oynayaraq bizim üçün həyati əhəmiyyətli funksiya icra edirlər. Xeyirli bakteriyalar həzm sisteminin və immun sisteminin düzgün çalışmasında əhəmiyyətli rol oynayırlar. Bəzən gərəksiz antibiotik istifadəsi və ya zərərli bakteriyalarla mübarizədə istifadə olunan antibiotiklər faydalı bakteriyalarada zərərsiz ötüşmür. Hər zaman deyirik ki, həkim məsləhəti olmadan gərəksiz antibiotik istifadə etməyin. Zərərli baktariyalar ənənəvi olaraq patogen bakteriya kimi təyin olunur. Yəni bunlar orqanizmamızda infeksiyaya səbəb ola bilərlərlər. Bizi xəstələndirərlər, hətta bəzi hallarda öldürərlər.
Orqanizmamızda yaşayan bu gözə görünməz sayı hesabı bilinməyən canlıların düzənini pozmamaq üçün daim sağlam həyat tərzi seçməliyik. Məsələn, düzgün yuxu rejemi , düzgün qidalanma və aktif fiziki həyat tərzi bu sıraya aiddir. Biz bədənimizə xəyanət etməsək bədənimizdə bizə xəyanət etməz".
Aysel Əskərova onu da diqqətə çatdırıb ki, bəzi hallarda isə bu kimi mənfi tendensiyalar daha da böyüyərək mədəaltı iltihabı səviyyəsinə gəlib çatır: " Pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Bunun iki növü var. Kəskin və xroniki. Akut pankreatitin yaranmasının ən başlıca səbəbləri alkoqollu içki və öd axarlarındakı daşlardır. Akut pankreatit ani başlayan qarın ağrısı və qanda olan pankreatik enzim səviyyələrində yüksəlmə ilə xarakterizə olunur. Əlamətləri isə bunlardır. Qarın ağrısı, bulantı, qusma, qızdırma, distansiyon- gərginlik, ileus-bağırsaq tıxanması, patolojik tipləri interstisyel nekrotizan. Xronik pankreatit 70 faiz, alkolik 20 faiz idiyopatik 10 faiz. Xroniki pankreatitdə təkrarlayan qarın ağrıları , steatore və diabet başlıca klinik əlamət hesab olunur. Mədə xorası mədənin normal daxili qatının, selikli qişasının tamlığının pozulması və ya zədələnməsi ilə yaranan yaradır. Xora eyni zamanda 12 barmaq bağırsaqda da yarana bilir ki, buna da peptic ulcer deyilir . Bir pasientdə eyni zamanda həm mədə, həm onikibarmaq xorası müşahidə oluna bilər. Xoranı yaradan səbəblər arasında Helikobakteri adı verilən bakteriya ilk sırada durur . Digər səbəblər arasında mədənin hipersekretor funksiyası HCl yüksəkliyi , uzunmüddətli NSAİD qeyri-steroid iltihab əleyhinə preparatların qəbulu (aspirin, ibuprofen ....) yer almaqdadır. Xora xəstəliyinin tipik əlaməti həzmsizlik və qarın nahiyyəsində ağrıdır. Ağrılar bir neçə dəqiqədən bir neçə saata qədər uzana bilər. Ağrılar adətən yemək yedikdən 3,4 saat sonra başlayar və gecə oyanmalarına səbəb ola bilər. Lakin bəzən ağrısız da seyr edilə bilər. Gecə oyanmaları və ac olduqda müşahidə olunan ağrı əsasən onikibarmaq bağırsaq xorasına xasdır Mədə xorası sadalayacağım bu əlamətlərlə də müşahidə olunur. Həzmsizlik, iştahın itməsi, ürəkbulanma , kilo itkisi, yağlı yeməklərdən sonra diskonfort hissi , yemək yeyerkən tez doyma hissi və s.. Xora xəstəliyinin ağırlaşmaları isə bunlardır. Qanaxma, perforasiya (deşilmə), stenoz (mədə və ya onikibarmaq bağırsağın çıxış hissəsinin daralması)
Xora xəstəliyinin diaqnostikasında ən doğru addım Endoskopiyadır. Bu metod ilə mədəni və onikibarmaq bağırsağı dıaqnostika etdikden sonra əgər xoranı yaradan səbəb Helikobakteridirsə ona aid müalicə verilir. Yox əgər helikobakter inkar olunarsa, müalicə taktikası da dəyişir".
Füzuli
Olaylar.az