Deputat “İstehlak kreditləri haqqında” qanunun qəbulunu vacib sayıb
Deputat “İstehlak kreditləri haqqında” qanunun qəbulunu vacib sayıb
30 Sentyabr 2019 14:15 SosialMilli Məclis "İstehlak kreditləri haqqında" qanun layihəsi hazırlamalıdır. "Olaylar" xəbər verir ki, bu təkliflə parlamentin payız sessiyasının ilk iclasında deputat Əli Məsimli çıxış edib. Deputat bildirib ki, bu qanun layihəsini banklar hazırlasa, onlar öz maraqlarından çıxış edəcəklər: "Bununla bağlı ayrıca qanun layihəsi hazırlansın, ya da ki, Mülki Məcəlləyə ayrıca bənd əlavə olunsun. Banklar real sektora daha yaxın olmalıdır. Prezident İlham Əliyevin sosial paketi 4 milyon nəfəri əhatə edib. Düşünürəm ki, bu siyasət davam etdirilməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31