Mətanət aylar sonra ərə getdiyini açıqladı
Mətanət aylar sonra ərə getdiyini açıqladı
30 Sentyabr 2019 13:33 SosialMüğənni Mətanət Əsədova ailə həyatı qurub. Bu barədə sənətçi "Ay Zaur" proqramında məlumat verib.
İfaçı aylar əvvəl evləndiyini söyləyib: "Şəxsi həyatım mənə aiddir. Artıq təkliyə son qoymuşam. Subay deyiləm. Beş-altı aydır ki, evliyəm.
Məni kim almaz ki? Çox hörmətli bir insanla ailə qurmuşam. Toyun səsi sonra çıxacaq. Məclis burada olmayacaq. Mən yalan danışmıram".
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31