Müddətli müqavilə ilə işə qəbul üzrə qeydiyyat yekunlaşıb
Müddətli müqavilə ilə işə qəbul üzrə qeydiyyat yekunlaşıb
30 Sentyabr 2019 13:13 Sosial2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti tura qeydiyyat başa çatıb.
"OLAYLAR" Təhsil Nazirliyinə istinadən xəbər verir ki, prosesdə 4 113 nəfər iştirak edib, onlardan 4 023 nəfər vakansiya seçimi edərək elektron ərizəsini təsdiqləyib.
Müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu prosesində builki müsabiqədə vakant yer tutmayan, 2018-ci və ya 2019-cu il üzrə işə qəbul imtahanı nəticəsi olan şəxslər iştirak ediblər. Namizədlərə 4 vakant yer seçmək imkanı verilib.
Elektron yerləşdirmənin nəticələri barədə məlumat gün ərzində namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31