Özü özünə ləqəb qoyan adam- Elçin Hüseynbəyli yazır

Özü özünə ləqəb qoyan adam-Elçin Hüseynbəyli yazır

Elçin Hüseynbəyli

Bu yaxınlarda baməzə dostumgilə yolum düşmüşdü. Evdə dedilər ki, məhlədə domino oynayır. Mən domino bazı olmasam da, oyunçuların yanına getdim. Stolun bir tərəfində dostum, o biri tərəfində cantaraq bir kişi oturmuşdu. Həmin cantaraq kişi səhv eləyən kimi, dostum ona belə deyirdi:

-Ay eşşək, bu turba deyil e, məsuliyyətsizlik eliyib, pulun verib gedəsən! Dominodur e, domino!

O da cavabında deyirdi:

-Eşşəyəm də, neynim!

Sonradan bildim ki, bu cantaraq adamın iki ləqəbi var: Eşşək Qasım və Turba Qasım.

Evə qayıdandan sonra çay süfrəsi arxasında bunun səbəbini soruşdum. Yəni necə ola bilər ki, bir adamın iki ləqəbi olsun?

Dostum çayı qurtuldada-qurtuldada bunları dedi:

-Bu Qasım ki, var, onun bir ləqəbini məhlə adamları verib, birini isə özü özünə qoyub. Sən türk filmi var e, ona baxmısan, lotu-potular Şabana dövlətin tikdiyi körpünü satırlar. O da cavabında deyir ki, "eşəy oğlu eşəyəm də, eşşəy!" Bax bu Qasım da onun kimidir. Başına təxminən eyni oyun gəlib. Özünə istixanamı, ya tövləmi tikirmiş, yoldan ötəndə görür ki, bir az aralıda turba var, bir adamda oturub onun üstündə siqaret çəkir. Maşını saxlayır. Gəlir həmin adamın yanına ki, bu turbalar satlıqdırmı? Həmin adam da cavabında  deyir ki, "Hə!" "Neçiyədir?" "Qardaş, mən sənə qiymət desəm, fikirləşərsən ki, məni aldadır. Bazar qiymətinə". Qasım da qayıdır ki, bazarda filan qiymətədir, bəs sən bir az aşağı verərsənmi? O da deyir ki, verərəm, bir şərtlə ki, gərək pulun əvvəlcədən versən, çünki bunun müştərisi var, bir azdan gəlib aparacaq.

Qasım da əlini şəstlə cibinə salıb pulunu çıxardır, sayıb verir həmin adama və gedir maşın dalınca.

Qasım bir azdan qayıdıb malı aparmaq istəyəndə bir adam böyürdən çıxıb soruşur ki, bəs turbanı hara aparır? Qasım da deyir ki, özü bilər hara aparır, çünki pulunu verib alıb. Turba yiyəsi də qayıdır ki, bu turba mənimdir.

Onda Qasım barmağını dişləyir ki, onu aldadıblar, yəni lotu-potular körpünü Şabana satdıqları kimi, bayaqkı dələduz da ona "atıb."

Qasımdan soruşanda ki, bəs tanımaz- bilməzə niyə pul verdin, onun da cavabı Şabanınkı kimi olur: "Eşşəyəm də!" Hətta "telefon" oynayanda, "hansı daş bağlandı" sualına özü də yumorla cavab verir: "Mən", yəni şeş qoşa, yəni eşşək!"

Ona görə də onun iki adı var: Turba Qasım və Eşşək Qasım. İndiyə kimi də pul verdiyi dələduzu axtarır.

Bu əhvalatı, dostlar, ona görə danışdım ki, ehtiyatlı olasınız. Dələduzlar hər yerdə var. Eşşək Qasımın gününə düşməyi heç kimə arzu etməyən,

Sentyabrın son günü, 2019

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31