Ədliyyə nazirinin müavini Xaçmazda vətəndaşları qəbul edəcək
Ədliyyə nazirinin müavini Xaçmazda vətəndaşları qəbul edəcək
30 Sentyabr 2019 12:19 SosialÖlkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Vilayət Zahirov tərəfindən oktyabrın 3-də Xaçmaz rayonunda vətəndaşların qəbulu keçiriləcək. Nazirlikdən "Olaylar"a bildirilib ki, Xaçmaz regional ədliyyə idarəsində keçiriləcək qəbulda vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbula Xaçmaz regional ədliyyə idarəsi (ünvan: Xaçmaz şəhəri, H.Əliyev prospekti, 17; əlaqə telefonu: (02332) 5-18-88), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-950-58-83; 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər. Eyni zamanda, vətəndaşların rahatlığı üçün Ədliyyə naziri müavinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.