Rusiya Azərbaycanlıları İttifaqının İkinci Forumu ertələndi

Rusiya Azərbaycanlıları İttifaqının İkinci Forumu ertələndi

Rusiya Azərbaycanlıları İttifaqının İkinci Forumunun keçirilməsi müəyyən müddətə təxirə salınıb. "OLAYLAR" -a İttifaqın mətbuat xidmətindən daxil olan məlumatda bildirilib ki, buna səbəb təşkilatın Rusiyanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçmə prosesində yubanmaların olmasıdır. Bu səbəbdən RAİ-nin ikinci forumunun 2020 ci ilin ilk rübündə keçriləcəyi planlaşdırılır.

Qeyd edək ki, RAİ nin İkinci Forumunun keçirilməsi oktyabrın 12-nə nəzərdə tutulmuşdu. Həmin tarixə qədər Rusiya Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınma işində gecikmələr baş verdiyi üçün Təşkilat Forumu rəsmi qeydiyyatdan sonra keçirməyə qərar verib.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31