Bu ev bitkiləri havanı təmizləyir
Bu ev bitkiləri havanı təmizləyir
28 Sentyabr 2019 13:54 SosialNASA tədqiqatçıları və digər təşkilatlar, evin hər 10 m sahəsinə minimal olaraq 1 ev bitkisi saxlamağı tövsiyə edirlər. Pəncərə altında saxlanılan bitkilər nəinki havanın təmizlənməsini təmin edəcək, həmçinin baş ağrıları və sinir pozğunluqlarını aradan qaldıracaqlar.
Rütubətin artmasını və insan energetikasına xoş təsir bağışlanmasını təmin edən 6 ev bitkisi:
Xlorofitum.
Mütəxəssislər müəyyən ediblər ki, bu bitki 24 saat ərzində havanı mikroorqanizmlərdən təmamilə təmizləyir.
Aloe.
Aloe, havanı formadegidlərdən təmizləyib, onda olan sadə mikrobları sayını azaldır. Aloe olan evdə insanlar az xəstələnir, xəstələndikdə isə tez sağalırlar.
Drasena.
Bu bitki, sintetik örtük olan linoleum və DSP dən havaya ifraz olunan, benzol, amiak, formaldeqid, toluol, ksilol və digər zərərli birləşmələrin 70 % - ni təmizləmə gücünə malikdir. O, zərərli birləşmələri emal edir və mikrobların yarısını məhv edir.
Fikus.
Bu bitki, immun sistemin terapevti rolunu oynayaraq, insana, özünün sakitliyi və stabilliyini ötürür.
Monstera.
Monstera, havanın rütubətini artırır, harmoniya və sakitlik bəxş edib, nasazlıq zamanı yuxsuzluqdan qoruyur.
Spasifilium.
Mikroorqanizmlərin sayını azaldır və ən əsası isə kif göbələyi ilə aktiv mübarizə aparır.