Ən təhlükəli 7 ev əşyası
Ən təhlükəli 7 ev əşyası
28 Sentyabr 2019 13:52 SosialArizona Universitetinin amerikalı mikrobioloqları, evdə olan ən çirkli və təhlükəlli əşyaların adlarını sadalayıblar.
1. Siyahıda birinci yeri demək olar hər gün mətbəxdə istifadə etdiyimiz taxta lövhələr tutur. Mikrobioloqların tövsiyəsinə görə bu əşyanı istifadə etdikdən sonra qaynar suyla yaxşı yuyub və hökmən qurulamaq lazımdır.
2. İkinci yerdə telefon dəstəyidir. Telefon aparatını 2 gündən 1, ilk olaraq nəm sonra isə quru əski ilə mütləq silmək lazımdır.
3. Qabları yumaq üçün süngər. Bu lazımlı əşyanın hər həftə dəyişilməsi məsləhət görülür.
4. Vanna otagının pərdəsi. Onu ayda bir dəfə təzələməyiniz məsləhət görülür.
5. Mətbəx və vanna otaqlarında olan zibil qutuları. Xüsusi dezinfeksiya vasitələri ilə ayda 2 dəfədən az olmamaq şərtilə təmizlənməsi mütləqdir.
6. Qabyuyan maşın. Rezin yerləri xüsusi dezinfeksiya vasitələri ilə həftədə 1 dəfə təmizləmək lazımdır.
7. Paltaryuyan maşın. Bu əşyanın da rezin bərkişmələri çox təhlükəl sayılıb, xüsusi dezinfeksiya vasitələriylə həftədə 1 dəfə təmizlənməyə vacib sayılır.