Dərinin qocalmasını sürətləndirən 7 amil
Dərinin qocalmasını sürətləndirən 7 amil
28 Sentyabr 2019 13:49 SosialBəzi qadınlarda dərinin qocalması prosessi daha sürətlə, digərlərində isə əksinə daha asta gedir.
Bunun bir çox səbəbləri vardır. Bu səbəblər arasında:
1. İrsiyyət. Sürətlə qocalma dərinin irsi xüsusiyyətləri ilə (qalınlıq, yağlılıq və s.) bağlıdır.
2. Siqaret çəkmək. Siqaret çəkən qadınlarda dəri daha tez qocalır.
3. Yuxunun az olması. Alimlər təsdiq edir ki, yaxşı və sağlam dəriyə sahib olmaq üçün qadın gecə 7 saatdan 9 saata qədər yatmalıdır.
4. Mimikanın çox aktiv olması. Mimikası çox aktiv olan qadınlarda dəri qırışları daha tez əmələ gəlir.
5. Kosmetikadan sui-istifadə. Kosmetikadan həddindən artıq istifadə edilməsi də dəri qırışlarının əmələ gəlməsinə səbəb olur.
6. Günəş vannalarından və solaridən sui-istifadə. Tez-tez solyariya getdikdə və uzun müddət ərzində açıq günəş şüaları altında olduqda dərinin quruması və erkən dəri qırışlarının əmələ gəlməsi baş verir.
7. Qidalanmada meyvə və tərəvəzlərin az olması. Mütəxəssislər araşdırmalar zamanı belə qənaətə gəliblər ki, daha çox meyvə və tərəvəzləri istehlak edənlərin dərisi daha gec qocalır.