“Nə ziyanı ola bilər ki?” deməyin! – Zərərli bitki çayları
“Nə ziyanı ola bilər ki?” deməyin! – Zərərli bitki çayları
28 Sentyabr 2019 13:46 SosialBəzi bitki çayları düzgün və ya normada istifadə edilmədiyi təqdirdə sağlamlıq üçün təhlükəli ola bilir.
Yaşıl çay - Bu çay orqanizmdə maddələr mübadiləsinin təmin edilməsində faydalı olsa da, təzyiq üçün əks-təsir göstərir.
Kəklikotu çayı - Təzyiq dərmanı istifadə edənlərin həkim məsləhəti olmadan bu çaydan istifadə etməsi məsləhət görülmür.
Zəncəfil çayı - Öd kisəsində narahatlığı olanlarda öd turşusunu artırır. Hamilə qadınlara məsləhət görülmür.
Səna yarpağı çayı - 3 həftədən çox istifadə edildiyi halda bağırsaqda xroniki problemlər, hətta şiş yaradır. Həmçinin, bağırsaq funksiyalarının itməsinə yol açır.
İtburnu çayı - 3 stəkandan çox istifadə edildikdə isə dəridə qaşınma və allergiyaya səbəb olur.