İmamzadə ziyarətgahından gül qabı oğurlanıb

İmamzadə ziyarətgahından gül qabı oğurlanıb

İmamzadə ziyarətgahından gül qabı oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 16-da Gəncə şəhəri ərazisindəki İmamzadə ziyarətgahındakı bir qəbrin üzərindən alüminiumdan hazırlanmış gül qabını oğurlamaqda şübhəli bilinən şəhər sakini B.Pənahov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31