Evlərə qənim kəsilən yeniyetmə tutulub
Evlərə qənim kəsilən yeniyetmə tutulub
27 Sentyabr 2019 15:25 SosialBakıda ev qarət edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 15-də rayon ərazisindəki evlərin birindən 5000 manat və 31000 rubl oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31