Nəsimi irsi geniş coğrafiyada təbliğ ediləcək - “Qarabağ gəncləri arasında Nəsimi kuboku”

Nəsimi irsi geniş coğrafiyada təbliğ ediləcək - “Qarabağ gəncləri arasında Nəsimi kuboku”

"Uşaq və Yeniyetmələrə Dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Qarabağ gəncləri arasında Nəsimi kuboku" adlı layihəsinə start verir.

Olaylar.az bildirir ki, 12-ci qrant müsabiqəsinin qalibi olmuş layihənin əsas məqsədi məcburi köçkün məktəbliləri arasında intellektual oyunlar vasitəsilə İmadəddin Nəsimi irsinin daha geniş coğrafiyada təbliğ edilməsinə dəstək olmaqdan ibarətdir. Layihə çərçivəsində region gəncləri arasında özündə tariximizi, milli-mənəvi dəyərlərimizi və Qarabağ həqiqətlərini əks etdirən suallardan ibarət olacaq "Nə? Harada? Nə zaman?" intellektual yarışları təşkil ediləcək.

Layihənin icrası İmadəddin Nəsimi irsinin daha geniş coğrafiyada təbliğ edilməsinə, oyunların populyarlaşdırılması yolu ilə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə öz töhfəsini verəcək. Layihənin 3 ay müddətində Beyləqan, Füzuli, Laçın, Bərdə, Tərtər, Xocavənd, Ağdam, Ağcabədi və Cocuq Mərcanlı rayonlarında keçirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31