Amerikalı seysmoloqlar Azərbaycanda tədqiqatlar aparırlar

Amerikalı seysmoloqlar Azərbaycanda tədqiqatlar aparırlar

ABŞ-ın Miçiqan Dövlət Universitetinin Yer və Ətraf Mühit Elmləri Departamentinin professoru Kevin Mackey və Missuri Universitetinin elmi işçisi Utku Koçum Azərbaycanda ezamiyyətdədirlər.

Olaylar.az bildirir ki, səfər AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi, ABŞ Enerji Departamenti və Ukrayna Elm və Texnologiya Mərkəzinin "Qafqaz Kəsilişi" birgə layihəsi çərçivəsində gerçəkləşib. Ezamiyyət ərzində Hacıqabul, Neftçala, Göyçay, İsmayıllı, Quba və Qusar rayonlarında quraşdırılmış seysmik stansiyalarda texniki yenilənmə işlərinin aparılması və məlumatların toplanılması nəzərdə tutulub.

Qeyd edək ki, Hacıqabul, Neftçala, Göyçay rayonlarında quraşdırılmış stansiyalarda işlər tamamlanıb, İsmayıllıda isə davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31