Baş nazirdən Jak Şirakın ölümü ilə bağlı - Paylaşım
Baş nazirdən Jak Şirakın ölümü ilə bağlı - Paylaşım
27 Sentyabr 2019 13:08 SosialAzərbaycanın Baş Naziri Novruz Məmmədov Fransanın keçmiş prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə bağlı başsağlığı verib.
Olaylar.az xəbər verir ki, bu barədə baş nazir Tvitterdə yazıb.
"Görkəmli siyasət və dövlət xadimi, 1995-2007-ci illərdə Fransanın 22-ci Prezidenti olmuş Jak Şirakın vəfatı məni çox kədərləndirdi.
Dövlətlərarası münasibətlərə xüsusi həssaslıq nümayiş etdirən Prezident Şirakın beynəlxalq aləmdə böyük nüfuzu vardı. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həlli üçün çox çalışdı.
Prezident Jak Şirakın xatirəsi uzun müddət yaddaşlarda qalacaqdır."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31