Milli Şuranın mitinqinə icazə verildi -Lökbatanda
Milli Şuranın mitinqinə icazə verildi-Lökbatanda
27 Sentyabr 2019 11:36 SosialBakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 28-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib. "Olaylar"ın məlumatına görə, BŞİH-də müraciətə baxılıb və Respublika Stadionunun qarşısında mitinq keçirməsinə razılıq verilməyib. Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə etiraz etmir. Bununla bağlı təşkilatçılara məlumat verilib.
Əldə etdiyimiz məlumata görə, mitinqə icazə verilsə də, Milli Şura üzvləri bununla razılaşmayıblar. Onlar ayrılan yerdə mitinq keçirmək istəmədiklərini bildiriblər. Ancaq Milli Şuranın hələlik rəsmi qərarı yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31