Mikroboilogiya İnstitutu müsabiqə elan etdi
Mikroboilogiya İnstitutu müsabiqə elan etdi
24 Sentyabr 2019 18:09 Sosial17 noyabr milli dirçəliş günü ilə bağlı AMEA-nın Mikrobiologiya İnstitutunda "Mikroorqanizmlər və onların həyatımızdakı faydaları" adlı məktəblilər(5-11 sinif çagirdləri) arasında növbəti müsabiqə elan edir. Olaylar.az xəbər verir ki, müsabiqədə bakteriya və göbələklərin (makroskopik və ya mikrokopik) zərərli və faydalı xüsusiyyətləri, təbiətdəki rolu, bitexnoloji əhəmiyyəti (çörəkçişirmədə, şərabçıliqda, antibiotiklərin və s. alınmasında) haqda mövzuda usaqların əl işləri(rəsm, tikiş, maket, konstruktiv qurğu və s.) qəbul ediləcək. Təqdim olunan işlərin qəbul ediləcək son gunu 01.11.2019-cu ildir. Qalib olan şagirdlər aşağıdakı formada təltif ediləcək:
1. Birinci yerin qalibi diplom və pul mükafati, müəllimi diplom;
2. İkinci və üçüncü yerin qalibi olan şagird diplom və pul mükafatı, müəllimi diplom;
3. Bir nəfərə isə həvəsləndirici diplom;
4. Əl işləri xüsusi seçilən digər şagirdlərə isə sertifikatlar veriləcək;
Mükafatlandırma mərasimi AMEA Mikrobiologiya İnstitutunda keçiriləcək.
Əlavə məlumat üçün əlaqə telefonu: (012) 502 44 70
Əlavə məsləhət üçün isə 5 iş günü saat 1000- 1600 kimi " Mikrobioloji biotexnologiya" laboratoriyasının əməkdaşlarına yaxınlaşa bilərsiz.
İlk dəfə iştirak edənlərə köməklik üçün keçən müsabiqənin və müsabiqə üçün baxılması məsləhət görülən videoların linklərini də təqdim edirik:
1. https://www.youtube.com/watch?v=qTsPYLg_w4A
2. https://www.youtube.com/watch?v=yOZwc4Akm0g
3. https://www.youtube.com/watch?v=424A1pAZ8f4