Azərbaycanlı Rusiyada ən yaxşı teleaparıcı seçildi - VİDEO
27 Sentyabr 2019 10:22 SosialƏslən azərbaycanlı olan teleaparıcı Svetlana Zeynalova peşəkar nailiyyətlərə görə fəxri mükafat alıb.
BAKU.WS xəbər verir ki, "Dobroe utro" ("Sabahınız xeyir") proqramının aparıcısı ən yaxşı teleaparıcı seçilib.
Qeyd edək ki, Moskvada "Successful Ladies Awards" tədbiri keçirilib və biznes, elm, idman, incəsənət sahəsində ən uğurlu nümayəndələrin adları müəyyənləşib.
Rusiyanın "Birinci" kanalının əməkdaşı Svetlana Zeynalova ən yaxşı teleaparıcı adına layiq görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31