Bakıda gənc öz düşdüyü qəzanı lentə aldı - VİDEO
27 Sentyabr 2019 10:18 SosialBakıda sürücünün telefonla oynaması qəzaya səbəb olub.
Olaylar.az "oxu.az"a istinadən xəbər verir ki, hadisə bu gün paytaxtın Heydər Əliyev prospektində baş verib.
Kimliyi müəyyənləşdirilməyən şəxs "LADA Priora" markalı avtomobilini idarə edərkən telefonla dostları ilə canlı əlaqə yaradıb və onu gözləyən şəxslərə hazırda yolda olduğunu deyib.
Hərəkət zamanı yolu çəkən sürücü bir anlıq diqqətsizlik nəticəsində maşınını qarşıdakı başqa avtomobilə vurub.
Qəzanın görüntüləri sosial şəbəkədə yayılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31