Azərbaycanda qayınana böyrəyini kürəkəninə verdi

Uğurlu böyrəkköçürmə əməliyyatı urologiya və transplantologiya sahəsində tanınmış cərrah olan Rəşad Şolanın rəhbərliyi ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) "Böyrək xəstəlikləri və transplantologiya" şöbəsində həyata keçirilib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Olaylar.az-a məlumat verilib.

Verilən məlumata görə, 54 yaşlı qayınana xroniki böyrək çatışmazlığından əziyyət çəkən 32 yaşlı kürəkəninə böyrəyini bağışlayıb.

"Pasiyentimiz illərdir əziyyətli hemodializ senaslarını alırdı və bu da orqanizmin sağlamlığına əks təsirsiz ötüşmürdü.

Vəziyyəti getdikcə pisləşdiyindən ona təcili böyrək köçürülməli idi. Nəticəsiz uyğun donor gözləmələrinin sonunda qayınanası kömək əlini uzatdı - böyrəyini bağışlayaraq kürəkəninə həyat bəxş etdi!
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31