Astaranın "Basmati"si- AYSEL OĞUZdan qısa köşə

MÖVZU ASTARA DÜYÜSÜDÜR!

DEMƏLİ, İNDİYƏ QƏDƏR AĞILLI İDİM,HESAB EDİRDİM Kİ,ƏRZAQ XARİCİ ÖLKƏ İSTEHSALIDIRSA, DEMƏLİ KEYFİYYƏTLİDİR, İNDİ ZƏKİYƏM, BAŞQA CÜR DÜŞÜNÜRƏM-YERLİ MAL XARİCİ MALDAN QAT-QAT KEYFİYYƏTLİDİR!!!.

Marketlərdə satılan ən bahalı və keyfiyyətli düyü Pakistan istehsalı olan "Basmati" düyüsü dür. Doğrudur,indiyə qədər məhz bu düyüdən istifadə edirdim.Astara düyüsünü kəşf edənə qədər.
Vikipediyadan öyrəndim ki,"Basmati"düyüsünün vətəni Hindistandır, Pakistan da deyir bizimdir .Hindistanla Pakistan arasında Kəşmir problemi olduğuna görə,onların arasında da, bizim bədnam qonşular kimi dolma,lavaş,zurna,qaval və s.davası var.Nə isə.
Vikipediyadan:Basmati düyüsünün uzunluğu-6.6 mm.,eni-3 mm,bişəndən sonra 4 dəfə artır. (Gör haaa,bu kapitalistlər malı dünya bazarına sırımaq üçün ərinməyib xətkeşlə düyünün enini-uzunluğunu ölçüblər.

Burada "Əhməd haradadır?"filmindəki Leyla və Əhmədin atalarının dialoqu yadıma düşdü:"Gör mənim qızım...nə deyir?";"Gör mənim oğlum... nə deyir?"

İndi görün mən nə deyirəm:o kapitalistlərdə olan xətkeşdən məndə də var.Astaradan aldığım düyünü xətkeşlə ölçdüm. Diqqət edin:uzunluğu-7 mm;eni 3mm,bişdikdən sonra 5 dəfə artır.Bişəndən sonra da ətri Hindistana,Pakistana qədər yayılır.Deyirəm,bəlkə marketlərdə "Basmati","TWININGS" adı altında satılan düyü və çay elə Astara düyüsü və çayıdır?

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31