Həbsdə olan qaynına heroin ötürmək cəhdi baş tutmadı
Həbsdə olan qaynına heroin ötürmək cəhdi baş tutmadı
26 Sentyabr 2019 11:32 SosialPenitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Cinayət Məcəlləsinin 178.1 və 67.1-ci maddələrinə əsasən 8 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əsədov Əsgər İlham oğlu ilə qısamüddətli görüşə gəlmiş yeznəsi Kəngərli rayon sakini Əliyev Anar Bəxtiyar oğlunun üzərinə baxış keçirilən zaman şalvarının cibində gizlətdiyi bükülüdə 0,238 qram narkotik maddə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31