“İlahiyyat” ictimai fikir jurnalı çap olunub

“İlahiyyat” ictimai fikir jurnalı çap olunub

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) "İlahiyyat" ictimai fikir jurnalı çap olunub. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, on beş rubrikadan ibarət ictimai fikir jurnalında öz sahəsinin peşəkar mütəxəssisi olan elm adamlarının yazıları, ali təhsil müəssisəsi haqqında müxtəlif xəbərlər dərc olunub.

Jurnalın ilk sayında, rəsmi guşədə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı yer alıb. Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovun "Milli qurtuluşumuzun banisi" başlıqlı yazısı "Tarix yazanlar" rubrikası altında dərc olunub.

"Azərbaycan gerçəkliyi" rubrikasında filologiya üzrə fəlsəfə doktoru Vüqar Qaradağlının "Ana Dilimiz kimliyimizdir"; "Cəmiyyət və din" rubrikasında millət vəkili Fazil Mustafanın "İslamda qadına zorakılıq yoxdur" başlıqlı yazıları verilib.

"İlahiyyat" ictimai fikir jurnalının "Təhsil" rubrikasında "Ali təhsil müəssisələrinin innovativ fəaliyyətinin idarə olunması"; "Cəmiyyət və din" rubrikasında "İslamda insan sağlamlığı", eləcə də "Nikahın mahiyyəti və erkən nikaha dini baxış" başlıqlı məqalələr əksini tapıb.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunun hər ay çap olunan "İlahiyyatçı" qəzetində ali təhsil müəssisəsi ilə əlaqədar xəbərlər və müxtəlif janrlarda məqalələr, ildə iki dəfə nəşr olunan "Din araşdırmaları" jurnalında isə fəlsəfə, mənəviyyat və ilahiyyat elmləri üzrə tədqiqat aparan alimlərin məqalələri yer alır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31