Vurğun Əyyub adına təqaüd təsis ediləcək
Vurğun Əyyub adına təqaüd təsis ediləcək
26 Sentyabr 2019 11:10 SosialBu günlərdə dünyasını dəyişmiş mərhum Vurğun Əyyub adına təqaüdün təsis edilməsi təşəbbüsü irəli sürülüb. "OLAYLAR" xəbər verir ki, belə bir təşəbbüslə Türkiyədə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin sədri Asif Kurban çıxış edib. O, təklif edib ki, Vurğun Əyyub adına təqaüd fondu yaradılsın: "Bu fond rəsmi və ya qeyri-rəmsi ola bilər. Fondun idarəçiliyi üçün müraciətlər edilsin, İdarə Heyəti və komissiya qurulsun. Həmin Fond ildə bir və ya bir neçə şəhid ailəsi də daxil olmaqla bir neçə üniversitet tələbəsinə təqaüd versin". Asif Kurban onu da qeyd edib ki, həmin təqaüd Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə yanaşı, Azərbaycanda oxuyan tələbələrə də verilə bilər. Mən Fondun İdarə Heyətində təmsil olunmağa, bu işə maddi və mənəvi dəstək verməyə hazıram. Həmçinin bu işdə yaxından iştirak edən dostlarımız da bu yolda bizimlə birlikdə ola bilər".