Yevlax sakinini evində narkotik vasitə və odlu silah aşkar edilib

Yevlax sakinini evində narkotik vasitə və odlu silah aşkar edilib

Yevlax rayon sakininin evində narkotik vasitə və odlu silah aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Yevlax RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayonunun Köyük kənd sakini İ.İbrahimovun evindən 14,9 kiloqrama yaxın marixuana və 1 ədəd nömrəsi silinmiş "TOZ" markalı ov tüfəngi, habelə evinin yaxınlığındakı meşə zolağında kultivasiya yolu ilə yetişdirdiyi 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31