VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında tədbirlər Proqramı
VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında tədbirlər Proqramı
24 Sentyabr 2019 17:00 SosialAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkiltçılığı ilə 2019-cu il, 27-29 sentyabr tarixində Bakı İdman Sarayında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
Olaylar.az bildirir ki, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub.
Sərgi-yarmarka zamanı 3 gün boyunca 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumlar öz nəşrlərini sərgiləyəcək və kitablarının satışını həyata keçirəcəklər. Eyni zamanda sərgi çərçivəsində tanınmış şair-yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları, imza günləri və s. tədbirlər keçiriləcək.
VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında keçiriləcək tədbirlərin Proqramı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.
Ziyarətçilər üçün sərgiyə giriş sərbəst olacaq.