“Mədəniyyət müəssisələrinin fəaliyyətində Həmkarlar İttifaqı Komitəsinin rolu” mövzusunda seminar
“Mədəniyyət müəssisələrinin fəaliyyətində Həmkarlar İttifaqı Komitəsinin rolu” mövzusunda seminar
24 Sentyabr 2019 15:27 SosialSentyabrın 24-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinın birgə təşkilatçılığı ilə T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində "Mədəniyyət müəssisələrinin fəaliyyətində Həmkarlar İttifaqı Komitəsinin rolu" mövzusunda seminar keçirilib.
Olaylar.az bildirir ki, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinın sədri Cəmilə Səttarova müssisələrdə Həmkarlar İttifaqının fəaliyyətinin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, Həmkarlar İttifaqının mövqeyi hər bir əməkdaşın, bütövlükdə kollektivin fəaliyyətinin səmərəliyini təmin etməkdədir.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin sədri Cavid Əliyev bildirdi ki, əməkdaşların səmərəli iş fəaliyyətində Həmkarlar İttifaqı Komitəsi fəal mövqe tutmalıdır. İttifaq tərəfindən hazırlanan yeni meyarların əməkdaşlarda sağlam rəqabətin dəstəklənməsinə töhfə verəcəyini qeyd etdi.
Mərkəzin əməkdaşı Elnur Hacıbabayev "Mədəniyyət müəssisələrində çalışan əməkdaşların sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi" barəsində fikirlər səsləndirdi.
Mərkəzin direktoru Asif Usubəliyev keçirilən tədbirin zərurətini qeyd edərək, bildirdi ki, Həmkarlar İttifaqı Komitəsinin fəaliyyət mexanizminin açıq formada ictimaiyyətə təqdim olunması sağlam əhval-ruhiyyənin göstəricisidir. Əməkdaşların vəzifə funksiyalarının icrasının səmərəliyinin artırılması ilə yanaşı, təşəbbüskarlıq mövqeyinə köklənəcəyinə xidmət edəcəyini bildirdi. Bugün müəssisələrdə mükafatlandırma mexanizmi də var. Amma əksər hallarda bu addım müəssisə rəhbərinin təşəbbüsündən irəli gəlir. Mərkəzdə qiymətləndirmə meyarlarının müəyyən edilməsində təkcə rəhbərlik deyil, eyni zamanda həmkarların da yaxından iştirakı təqdirəlayiq hal kimi A.Usubəliyev tərəfindən qiymətləndirilib.
Seminar geniş fikir mübadiləsi ilə yekunlaşdırılıb.