“Azərpoçt” saxta elan yayan şəxsi axtarır
“Azərpoçt” saxta elan yayan şəxsi axtarır
24 Sentyabr 2019 14:39 SosialSosial şəbəkələrdə "Azərpoçt" adından müştərilər üçün mükafat müsabiqəsi elan edilib. Elanda göstərilir ki, "Azərpoçt" müştərisi "hər şənbə yeni Samsung məhsulu qazanmaq üçün Azərbaycandakı 7 Azərpoçt müştərisini seçir. Etməli olduğunuz şey düzgün hədiyyə seçməkdir". Guya şəkildəki Samsung Galaxu10 -u tapan müştəri mükafat qazanacaq. Azərpoçtdan "Olaylar"a bildirilir ki, yayılan elanın sözügedən quruma heç bir aidiyyatı yoxdur. Hazırda bu elanı yayanın axtarışı üzrə iş gedir. Heç şübhəsiz qanunsuz elan yayan şəxs barədə müvafiq tədbir görüləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31