Mərc oyunları məntəqəsinə oyuncaq tapança ilə basqın edilib
Mərc oyunları məntəqəsinə oyuncaq tapança ilə basqın edilib
24 Sentyabr 2019 13:16 SosialDaxili İşlər Nazirliyinin (DİN) "102" Zəng Mərkəzi Xidmətinə Nərimanov rayonu ərazisində baş vermiş quldurluq hadisəsi barədə məlumat daxil olub. DİN-nin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlıb, müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla sentyabrın 22-də saat 23 radələrində mərc oyunları məntəqəsində naməlum şəxsin orada qeydiyyatçı işləyən C.Abışbəylini oyuncaq tapança ilə hədələyib 200 manat pulunu aldığı müəyyən edilib."İsti izlər"lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Yusublu saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.