Əsgərimizin meyiti neytral ərazidən çıxarıldı
Əsgərimizin meyiti neytral ərazidən çıxarıldı
24 Sentyabr 2019 12:19 SosialSentyabrın 22-də yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlunun meyiti təmas xəttindən çıxarılıb. "Olayalar" xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq, düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunmuşdu.