Tanınmış müğənnimizin qardaşı zibillikdə yaşayır — "Məni çölə atdılar" (VİDEO)

Tanınmış müğənnimizin qardaşı zibillikdə yaşayır — "Məni çölə atdılar" (VİDEO)

Azərbaycanlı müğənni Samir Cavadzadənin qardaşı Ramin "Elgizlə izlə" verilişinin qonağı olub. 
"Ölkə.Az" məlumat verir ki, Samirin qardaşı işsiz olduğunu, zibillikdə yaşadığını bildirib: "Mən pnevmaniya və hepatitəm. Moskvada olanda onların hamısına mən yardım edirdim. Samirin özü də dəfələrlə məndən kömək istəyib, mən kömək olmuşam. İndi mən özüm küçələrdə, çöllərdə yaşayıram. İçki içmişəm, pis yaşam tərzi seçmişəm, amma indi tövbəliyəm. Atam öldükdən sonra məni Azərbaycandan qovdular, Rusiyaya köçdüm. İndi kimsə məhəllədə məni görəndə gətirib yemək verir. İşləmək istəyirəm, amma xəstə olduğum üçün işləyə bilmirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31