Ülvi Bünyadzadənin 50-ci ildönümü münasibətilə anım mərasimi keçirilib
Ülvi Bünyadzadənin 50-ci ildönümü münasibətilə anım mərasimi keçirilib
24 Sentyabr 2019 10:51 SosialAzərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 50-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.
Olaylar.az bildirir ki, ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla təhsil ocağında əlamətdar günün yaşandığını qeyd edib, Ülvi Bünyadzadənin xatirələrdə, qəlblərdə yaşadağını diqqətə çatdırıb.
Şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Könül Bünyadzadə qardaşı haqqında xatirələrini bölüşüb və deyib ki, insanlar Ülvinin addımları, düşüncələri ilə qürur duyurlar.
"525-ci qəzet"in redaktor müavini, tərcüməçi-publisist Seyfəddin Hüseynli, ADU-nun Qafqazşünaslıq kafedrasının müdiri, professor Əsgər Zeynalov, Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva Ülvi Bünyadzadənin bədii irsi, tələbəlik illərindən söz açıb, xatirələrini bölüşüblər.