Oğrunun digər əməlləri üzə çıxıb

Oğrunun digər əməlləri üzə çıxıb

Paytaxt Bakıda oğurluq hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar" verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Ş.Kəlbiyevin ətrafında Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki mağazaların birindən 1000 manat, mobil telefon və şəxsiyyət vəsiqəsi oğurlaması da müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31