Bu həftə 972 mənzil sahibinə mülkiyyət hüququ veriləcək
Bu həftə 972 mənzil sahibinə mülkiyyət hüququ veriləcək
23 Sentyabr 2019 15:36 Sosial23-27 sentyabr tarixlərində müəyyən edilmiş qrafik əsasında "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası ilə Binəqədi, Yasamal, Nizami və Səbail rayonlarındakı binalarda səyyar qeydiyyat xidmətləri göstəriləcək. Əmlak Məsələləri Dövlət Komitəsindən "Olaylar"a bildirilib ki, bu həftə istismarına icazə verilən 5 bina üzrə keçirilən kampaniya 972 mənzili əhatə edəcək. Kampaniya Binəqədi rayonu üzrə sentyabrın 23-ü Mir Cəlal küçəsi 121A ünvanındakı 15 mərtəbəli 279 mənzilli, 24-ü tarixində isə Ə.Naxçıvani 3068 məhəllədəki 16 mərtəbəli, 465 mənzilli binada keçiriləcək. Mənzillərin səyyar qeydiyyatı xidmətlərindən 25 sentyabr tarixində Yasamal rayonu, Ə.Əhmədov 28p ünvanındakı 11 mərtəbəli, 110 mənzilli binanın, 26 sentyabrda Nizami rayonu, Elşən Süleymanov 2383 ünvanında 10 mərtəbəli, 98 mənzilli binanın, 27 sentyabrda isə Səbail rayonu, B.Sərdarov küçəsi, ev 16 ünvanında yerləşən binanın sakinləri yararlanacaq. Vətəndaşlar "Əmlakın qeydiyyatı kalkulyatoru"ndan istifadə etməklə tələb olunan dövlət rüsumu və xidmət haqqının məbləğini onlayn qaydada öyrənə bilər. Mənzillərin dövlət qeydiyyatına alınması xidmətlərindən ünvanlarındaca istifadə etmək istəyən vətəndaşlar göstərilən tarixlərdə, saat 09:00-dan 17:00-dək ilkin sənədlər ilə birgə binanın həyətindəki səyyar ofisə yaxınlaşa bilər.