Məktəb yarmakaları bu tarixdə yığışdırılacaq – Açıqlama
Məktəb yarmakaları bu tarixdə yığışdırılacaq – Açıqlama
23 Sentyabr 2019 15:23 SosialBakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi məktəbli yarmarkaları sentyabrın 25-dən sonra yığışdırılacaq.
Olaylar.az bildirir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin rəhbəri İntiqam Məmmədov deyib. O bildirib ki, yarmarkanın müddətinin uzadılması planlaşdırılmır:
"Yarmarkalar artıq yığışdırılmaq üzrədir. Hələlik tələbat olduğu üçün yarmarka çadırları sentyabrın 25-ə kimi fəaliyyət göstərəcək".
Qeyd edək ki, Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən təşkil edilən yarmarka çadırları Bakı Metropoliteninin "Nərimanov", "Gənclik", "Koroğlu", "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli", "Azadlıq prospekti", "Memar Əcəmi", "İnşaatçılar", "Elmlər Akademiyası", "Nizami" stansiyalarının qarşısında da daxil olmaqla, ümumilikdə 19 yerdə fəaliyyət göstərir.