Azərbaycanda müğənninin qardaşının öldüyü qəzadan az öncəki GÖRÜNTÜLƏRİ YAYILDI

 

Bir neçə gün öncə müğənni Cəmil Əfəndinin qardaşı Elburus Məmmədov yol qəzasında həlak olub.

Redaktor.az xəbər verir ki, ARB TV-də yayımlanan "Elgizlə izlə" verilişində Lənkəran rayon sakini, 1983-cü il təvəllüdlü E.Məhərrəmovun həmin qəzadan az öncə çəkdiyi görüntülər yayımlanıb. 

Qeyd edək ki, sözügedən qəza Şəmkirin Sarıtəpə kəndi ərazisində baş verib. İstanbul-Bakı marşrut xətti ilə hərəkət edən "Mercedes" markalı avtobus yük avtomobili ilə toqquşub. Nəticədə həmin avtobusda sürücü köməkçisi işləyən Elburus Məmmədov ölüb. O, iki uşaq atası idi.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31