Qızlar pakistanlı turistə 2500 manata "başa gəldi" - Bakıda
23 Sentyabr 2019 15:21 SosialBakıda fahişələr turistin pulunu oğurlayıb.
Nərimanov rayonu, "Atlas" oteldə qalan turist, Pakistan vətəndaşı, 1988-ci il təvəllüdlü İlyas Umer polisə şikayət edərək pulunun oğurlandığını bildirib.
O ərizəsində qeyd edib ki, Bakıda intim xidmət göstərən Rəna və Nuranə adlı iki qızla tanış olub və onlarla razılaşaraq qaldığı otelə gətirib.
İ.Umer həmin qızlarla cinsi əlaqədə olduqdan sonra hamamda duş qəbul edərkən qızlar oteldən çıxıb gediblər.
O bildirib ki, Rəna və Nuranə adı ilə tanıdığı qızlar onun cibindən 1500 dollar və 650 dirhəm pulu da oğurlayıblar.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31