Nadir və nəsli kəsilməkdə olan quşların həyat tərzi öyrəniləcək - GPS vasitəsilə
Nadir və nəsli kəsilməkdə olan quşların həyat tərzi öyrəniləcək - GPS vasitəsilə
23 Sentyabr 2019 13:39 SosialAMEA-nın Zoologiya İnstitutuna "Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların səmərəli qorunması üçün müasir təbiəti mühafizə avadanlıqlarından (GPS xaltalar) istifadə olunması" mövzusunda əsərə görə AR Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik şəhadətnaməsi verilib.
Olaylar.az bildirir ki, institutun əməkdaşları tərəfindən quşları öyrənmək və yerlərini dəqiq müəyyən etmək üçün onların lələkləri arasına (boynuna və ya kürəyinə) hər bir quşun ölçüsünə uyğun kiçik GPS xaltalar yerləşdirilib.
Beləliklə, müasir texnologiyalardan istifadə etməklə Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların biologiyasını, həyat tərzini öyrənmək, biomüxtəlifliyin mühafizəsini təmin etmək və tədbirlər planı hazırlamaq mümkün olacaq.