Bu yolda hərəkət məhdudlaşdırılacaq

Bu yolda hərəkət məhdudlaşdırılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə  gecə saat 00:00-dan səhər saat 05:00-dək Heydər Əliyev prospektinin üzü şəhər istiqamətində yan yolunda, Bağırov körpüsünün alt hissəsindən keçən tuneldə elektrik sistemində olan nasazlıqların aradan qaldırılması üçün işlər aparılacaq. Bununla əlaqədar olaraq sözügedən hissədə nəqliyyatın hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Bu barədə məlumat "OLAYLAR"-a AAYDA-dan daxil olub. Bildirilib ki,  sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yol kimi prospektin əsas yolundan istifadə etmələri tövsiyyə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31