Şəkidə “Ziyalılarımızdan öyrənək” layihəsi çərçivəsində seminar keçirilib

Sentyabrın 20-də Mənəvi Dəyərlərin Təbliği Fondunun və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Şəki şəhərində Azərbaycan Respublikasının xalq artisti, görkəmli teatr və kino aktyoru Nurəddin Mehdixanlının iştirakı ilə “Ziyalılarımızdan öyrənək” layihəsi çərçivəsində seminar keçirilib. “

Sentyabrın 20-də Mənəvi Dəyərlərin Təbliği Fondunun və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Şəki şəhərində Azərbaycan Respublikasının xalq artisti, görkəmli teatr və kino aktyoru Nurəddin Mehdixanlının iştirakı ilə "Ziyalılarımızdan öyrənək" layihəsi çərçivəsində seminar keçirilib. "Olaylar" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Şəki ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, ziyalılarımızın gənclərlə görüşünün təşkil edilməsi milli-mənəvi dəyərlərimizin təbliğinə, gənc nəslin savadlı, intellektual, əxlaqi-mənəvi dəyərlərlə zəngin şəxsiyyət kimi yetişməsinə böyük töhfə verir.

Tədbirdə çıxış edən Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev qeyd edib ki, hər bir millətin mövcudluğu və mənəvi inkişafı onun ziyalılarının nisbətindən asılıdır. Ziyalı mənsub olduğu millətin simasını müəyyənləşdirən şəxsiyyətdir. Tarix göstərir ki, millətin çətin anlarında onun mükəmməl milli təəssübkeşlik duyğularına malik ziyalısı millətə düzgün yol göstərib onun bu çətinlikdən xilas olmasında böyük rol oynayır. Xalqın içərisindən çıxıb ona xidmət göstərmək istəyən ziyalı üçün fəaliyyət dairəsi məhdud olmur. Əksər halda isə ziyalılar yaratdıqları zəngin mənəvi sərvətlə öz millətlərinin tarix səhnəsindən çıxarılmasının qarşısını alırlar. Yekunda iştirakçılarla mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31